Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib

Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib.
Hərbi
29 Dekabr , 2021 16:35
Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib

Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

“Report”un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib: "Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88 %, ikinci doza üzrə 72 %, üçüncü doza üzrə isə 8 % hərbi qulluqçuya peyvəndin vurulması təşkil olunub. Qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılıb".

Son xəbərlər

Orphus sistemi