Azərbaycan əfqan pilotlara təlim keçəcək

Azərbaycan əfqan pilotlara təlim keçəcək Azərbaycan həmçinin əfqan kadetlərə təlim keçib, ölkənin təhlükəsizlik qüvvələrinə tibbi yardım göstərməyə hazırdır
Hərbi
1 İyun , 2016 10:09
Azərbaycan əfqan pilotlara təlim keçəcək

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan Əfqanıstan Hava Qüvvələri və adıçəkilən ölkənin təhlükəsizlik qurumlarını dəstəkləyəcəyinə zamin durub. Bu məqsədlə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq qurulması planlaşdırılır".

"Report" "KhaamaPress"ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tavab Qhorzanq deyib.

Şuranın sözçüsü Bakıda keçirilən görüşlər zamanı Azərbaycan tərəfinin Əfqanıstan Silahlı Qüvvələrinə dəstək verməyə, o cümlədən gənc əfqan pilotlara təlim keçirilməsi məsələsində yardım etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin əfqan kadetlərə təlim keçib, ölkənin təhlükəsizlik qüvvələrinə tibbi yardım göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi