Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən "ADEX-2014" müdafiə sənayesi sərgisində ilk dəfə olaraq Azərbaycanın "Gürzə-2" zirehli patrul avtomobili nümayiş olunub. Report-un verdiyi xəbərə görə, "Toyota Hilux 12" pikapının bazasında istehsal olunan və 2012-ci ilin sonlarında təqdim olunan "Gürzə"nin inkişaf etdirilmiş modelidir. Əvvəlki modelindən fərqli olaraq Gürzə-2 uzaqdan idarə olunan pulemyot tureli, "gecə görmə" cihazı ilə təchiz olunub və avtomobilin mühərriki zirehlə müdafiə edilib.
Sərgi stendindəki məlumata görə, "Gürzə-2" zirehli patrul avtomobili -32-dərəcədən +55-dərəcəyədək temperaturda istismar üçün yararlıdır. Turel saniyədə 60 dərəcə olmaqla 360 dərəcə bucaq altında fırlanır.




