"Anatolian Phoenix-2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib

"Anatolian Phoenix-2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib. Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükə
Hərbi
7 İyun , 2023 19:00
Anatolian Phoenix-2023 beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin axtarış-xilas və təxliyə edilməsi fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi