Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib - VİDEO

Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib - VİDEO Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib. Azə
Hərbi
29 İyun , 2021 16:12
Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib - VİDEO

Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.

Son xəbərlər

Orphus sistemi