Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - YENİLƏNİB

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - YENİLƏNİB Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi təxirə salınıb.
Hadisə
26 Sentyabr , 2019 11:32
Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb - YENİLƏNİB

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi təxirə salınıb.

“Report” xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil edib. Fuad Qəhrəmanlı və vəkili isə məhkəməyə gəlməyib.

Növbəti məhkəmə iclasının nə zaman keçiriləcəyi hələ məlum deyil.


*** 09:57

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi keçiriləcək.

"Report"un xəbərinə görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10:20-də başlayacaq.

Məhkəmə iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsi araşdırılacaq.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Məlum olub ki, bu təzyiqlərə görə, Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Son xəbərlər

Orphus sistemi