Ziya Məmmədovun sabiq müşavirinin qızıllarını mənimsəməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Ziya Məmmədovun sabiq müşavirinin qızıllarını mənimsəməkdə təqsirləndirilən şəxsə bəraət verilib Məhkəmə prosesi başa çatıb
Hadisə
21 Aprel , 2017 14:44
Ziya Məmmədovun sabiq müşavirinin qızıllarını mənimsəməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hakim Əfqan Hacıyev bildirib ki, verilmiş ittiham subyektiv mülahizədən başqa bir şey deyil.

O, məhkəmə zalından azadlığa buraxılıb.

 Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilir. İttihama aktına əsasən o, Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib. 

Son xəbərlər

Orphus sistemi