Zığ şosesində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4

Zığ şosesində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4 Video əlavə olunub
Hadisə
26 İyun , 2019 16:19
Zığ şosesində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4

Video əlavə olunub


*** 14:51

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un ərazidə olan əməkdaşı məlumat verib.


*** 14:38

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

"Report"un əməkdaşı xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb.


*** 14:07

Fotolar əlavə olunub


*** 13:42

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumat görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi