Zərdabda yaşayış evi tamamilə yanıb

Zərdabda yaşayış evi tamamilə yanıb Zərdabda yanğın hadisəsi olub.
Hadisə
29 Avqust , 2021 00:54
Zərdabda yaşayış evi tamamilə yanıb

Zərdabda yanğın hadisəsi olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Nəzəralı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Xəlilov Xalid Xəlil oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və onun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi