Zərdabda traktor su kanalına aşıb, ölən və yaralanan var

Zərdabda traktor su kanalına aşıb, ölən və yaralanan var Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
22 May , 2017 11:33
Zərdabda traktor su kanalına aşıb, ölən və yaralanan var

Bakı. 22 may. REPORT.AZ/ Zərdab rayonunda "Belarus" markalı traktor su kanalına aşıb.

"Report" xəbər verir ki, hadisə rayonun Gödəkqobu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini Əbülfət Vəliyev idarə etdiyi "Belarus" markalı traktoru su kanalına aşırıb. Nəticədə sərnişini, həmyerlisi Musa Vəliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi