Zərdabda narkotik alverçisi yaxalanıb
- 29 aprel, 2019
- 03:55
Zərdab rayonunda narkotik alverçisi yaxalanıb.
Bu barədə "Report"un Mərkəzi Aran bürosuna Zərdab Rayon Polis Şöbəsindən məlumat verilib.
Belə ki, aprelin 26-da Zərdab rayon Polis Şöbəsinə 1974-cü il təvəlludlu, Bakı şəhərində anadan olan, hazırda Abşeron rayonu Hökməli qəsəbəsində daimi qeydiyyatda olan Kamil Rəsulovun Zərdab rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Zərdab Rayon Polis Şöbəsinin cinayət axtarış bolməsinin əməkdaşlarının həyata keçirdikləri təxirə salınmadan əməliyyat tədbirləri nəticəsində Kamil Rəsulov Zərdab rayon ərazisində şübhəli şəxs qismində tutularaq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman Zərdab rayonunda satış niyyəti ilə gətirdiyi 1 kq 230 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib və götürülüb.
Kamil Rəsulovun barəsində RPŞ tərəfindən dərhal cinayət məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb və hazırda ibtidai istintaq davam etdirilir.
Onun digər törədilən cinayət hadisələrində iştirakı olub olmaması və ya digər cinayət əməli törətməsi araşdırılır. İbtidai istintaqın sonunda Kamil Rəsulovun əməlinə hüquqi qiymət veriləcək. Qeyd edək ki, RPŞ verilən məlumata görə Kamil Rəsulov ilkin dindirilmə zamanı narkotik vasitəni Şəki şəhərində sahədən yabanı halda toplayaraq əldə etdiyini bildirib. Məqsədi bunu gətirərək Zərdab rayonunda satmaq olub. Kamil Rəsulovun əvvəllərdə cinayət məcəlləsinin digər maddələri ilə məhkumluğu olduğu bildirilir.