Zərdabda fərdi yaşayış evi yanıb

Zərdabda fərdi yaşayış evi yanıb Zərdab rayonunda yanğın hadisəsi qeydə alınıb.
Hadisə
11 Avqust , 2021 23:47
Zərdabda fərdi yaşayış evi yanıb

Zərdab rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağabağı kəndində qeydə alınıb.

Kənd sakininə məxsus ümumi sahəsi 72 kvm olan kürsülü birmərtəbəli ev və ona bitişik 88 kvm olan talvar yanar kanstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi