Zərdab sakini intihar edib - YENİLƏNİB

Zərdab sakini intihar edib - YENİLƏNİB Faktla bağlı araşdırmaslara başlanılıb
Hadisə
5 Dekabr , 2018 20:17
Zərdab sakini intihar edib - YENİLƏNİB

Zərdab. 5 noyabr. REPORT.AZ/ Zərdab rayonunda özünü asaraq intihar edən yerli sakinin adı məlum olub.

"Report"un yerli burosu xəbər verir ki, bu, kənd sakini 32 yaşlı Ceyhun Boris oğlu Abbasovdur. O, yaşadığı həyətin tövləsində özünü asaraq öldürüb. İntiharın səbəbi məlum deyil. Əldə edilən məlumata əsasən, C.Abbasov evli olub, 1 övladı var.


*** 19:24

Zərdab. 5 noyabr. REPORT.AZ/ Zərdab rayon sakini intihar edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Seyidlər kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan orta yaşlı kişi özünü yaşadığı evin həyətində asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmaslara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi