Zemfira Meftahətdinova təqaüdə göndərilib

Zemfira Meftahətdinova təqaüdə göndərilib Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.
Hadisə
30 May , 2023 12:27
Zemfira Meftahətdinova təqaüdə göndərilib

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Z.Meftahətdinovanı qəbul edib.

Yolasalma mərasimində general-polkovnik V.Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir V.Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.

Məlumata görə, bundan sonra o, fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi