Zaqatalada yük dolu "Kamaz" aşıb

Zaqatalada yük dolu "Kamaz" aşıb Sürücü xəstəxanaya yerləşdirilib
Hadisə
1126
29 Sentyabr , 2014 12:05
Zaqatalada yük dolu Kamaz aşıb
Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə "Report"a Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Belə ki, ot bağlamaları ilə dolu "Kamaz" markalı yük maşını körpünün üzərində idarəetmənin itirilməsi nəticəsində aşıb. Maşının yük yerində olan ot bağlamaları yola  dağılıb. Qəza zamanı yük maşınının sürücüsü xəsarət aldığından Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza ilə bağlı Zaqatala RPŞ-də araşdırma başlanılıb.

İlkin məlumata görə, hadisəyə maşının həddindən artıq yüklənməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi