Zaqatalada sərxoş vəziyyətdə yola çıxan piyadanı maşın vurub

Zaqatalada sərxoş vəziyyətdə yola çıxan piyadanı maşın vurub Zaqatala. 27 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Oktyabr , 2018 23:22
Zaqatalada sərxoş vəziyyətdə yola çıxan piyadanı maşın vurub

Zaqatala. 27 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kənd ərazisindən keçən hissəsində qeyd olunub.

Rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Cəmil Hacı oğlu İsgəndərov yolun hərəkət zolağı ilə gedərkən minik avtomobili tərəfindən vurulub. Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan C.İsgəndərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, hazırda C.İsgəndərovun müayinəsi aparılır. Piyadanın hadisə baş verən zaman sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi