Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürüb

Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürüb Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub
Hadisə
311
13 İyun , 2021 10:08
Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürüb

Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi