Zaqatalada fındıq oğruları saxlanılıb

Zaqatalada fındıq oğruları saxlanılıb Zaqatala. 20 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda 120 kiloqram fındıq oğurlayan şəxslər saxlanılıb.
Hadisə
20 Oktyabr , 2018 10:36
Zaqatalada fındıq oğruları saxlanılıb

Zaqatala. 20 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda 120 kiloqram fındıq oğurlayan şəxslər saxlanılıb. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Saleh Soltanov oktyabrın 19-da rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsindən 4 kisə fındığın oğurlandığını bildirib. Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər həmkəndlisi Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər və dindirilmə zamanı qabaqcadan əlbir olub S.Soltanova məxsus evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla 120 kq fındığı oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi