Zaqatalada ferma və yük maşını yanıb

Zaqatalada ferma və yük maşını yanıb Zaqatala rayonunun Yuxarı Tala kəndində güclü yanğın baş verib.
Hadisə
24 Noyabr , 2020 08:26
Zaqatalada ferma və yük maşını yanıb
0 : 00
0 : 00

Zaqatala rayonunun Yuxarı Tala kəndində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi