Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada avtomobil piyadanı vurub Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Mart , 2022 07:49
Zaqatalada avtomobil piyadanı vurub

Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü İçiyev Zaur Məhəmməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi