Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Hadisə
  • 08 oktyabr, 2018
  • 15:39
Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Zaqatala. 8 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda intihar edən şəxsin kimliyi müəyyənləşib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Murad Təmraz oğlu Mirzəyevdir. 

Onun tüfeyli həyat sürdüyü bildirilir. 

M.Mirzəyev hazırda yaşayış olmayan ata yurduna gələrək intihar edib. 


*** 19:12

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb. 

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır. 

Qeyd edək ki, bu gün həmçinin Bərdə rayonunda Nailə Şakir qızı Əhmədova və Qax rayonunda İbrahim Mahmud oğlu Abdurahmanov intihar edib.