Zaqatalada 22 yaşlı gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb

Zaqatalada 22 yaşlı gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb Zaqatala. 3 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.
Hadisə
3 Oktyabr , 2018 22:06
Zaqatalada 22 yaşlı gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb

Zaqatala. 3 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Ləman Tərlan qızı İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan “Report”a bildirilib ki, L.İbrahimova müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Qadına lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi