Zaqatalada 18 yaşlı gənc 34 yaşlı kişini bıçaqlayıb
Hadisə
- 08 iyun, 2022
- 06:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaqatalada 18 yaşlı gənc 34 yaşlı kişini bıçaqlayıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 18 yaşlı Həzrət İbişov rayonun məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 34 yaşlı Rəşadət Əzimova münaqişə zəminində bir neçə bıçaq zərbəsi endirib.
Zərərçəkmiş kürəyindən daxilə keçməyən bıçaq xəsarəti və başın açıq yarası xəsarəti alıb və o, xəstəxanaya yerləşdirilib.
Zaqatala Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əzimova bıçaqla xəsarət yetirən H.İbişov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:56
Rayt: Tramp Rusiyadan neft alanlara qarşı sanksiyalar barədə qərarı son anda verəcək
Digər ölkələr21:43
Bosniya və Herseqovinada ümumi seçkilərdə səsvermə başa çatıb
Digər ölkələr21:23
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi21:11
İranın neft naziri istefa verib
Region20:59
Tailandda daşqınlar 3,26 milyondan çox insana təsir göstərib
Digər ölkələr20:44
İran ABŞ ilə münaqişə fonunda raketlərinin mənzilini artırmaq üçün işə başlayıb
Region20:31
FT: Çin maliyyə sistemini möhkəmləndirmək üçün yüzlərlə bankı bağlayıb
Digər ölkələr20:16
Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək
Region20:02