Yuxarı
    Bağlamaq

    “Zamin Bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə cinayət işinin istintaqı başa çatıb

    Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib

    Bakı.10 sentyabr.REPORT.AZ/ “Zamin Bank” ASC-nin "Cənub" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Report-a Baş Prokurorluqdan məlumat verilib. İstintaq zamanı filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulman 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israfetmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

    İstintaq dövründə dəyən ziyanın 41 min 300 manatının ödənilməsi təmin edilib.

    Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi