"Son zamanlar ölkə daxilində olan antimilli qüvvələrin və radikal müxalifət partiyalarının köməyi ilə guya ölkədə “siyasi təqiblərə” məruz qaldıqları görüntüsü yaratmaqla Azərbaycanı tərk edərək xarici ölkələrdə özlərinə bir vasitə ilə sığınacaq tapmış və ermənipərəst xarici dairələrin diktəsi ilə hərəkət edən, milli-mənəvi dəyərlərdən uzaq bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə səsləndirilən ekstremist çağırışların, təhqir və böhtanların qarşısının alınması üçün kəsərli tədbirlər həyata keçirilir".
"Report" xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün Prezident
Z.Qaralov bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.