Zabratda kişi laqondayla özünə xəsarət yetirib

Hadisə
  • 24 iyun, 2019
  • 20:09
Zabratda kişi laqondayla özünə xəsarət yetirib

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində xəsarətlə nəticələnən hadisə baş verib.

"Report"un məlumatına görə, 1973-cü il təvəllüdlü Bayramov Bayram evdə laqonda işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

44 filmi