Zabratda iki avtomobil toqquşub, xəsarət alanlar var

Zabratda iki avtomobil toqquşub, xəsarət alanlar var Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Fevral , 2024 05:18
Zabratda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Aşırov İzzət Əli oğlu və 1982-ci il təvəllüdlü Mərdanov Babək Eldar oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi