Zabrat yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə
  • 03 fevral, 2020
  • 23:51
Zabrat yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat yolunda qeydə alınıb.

Belə ki, qəza zamanı 1996-cı il təvəllüdlü Qubadzadə Qubad Ruzi oğlu və 1993-cü il təvəllüdlü İsmayılova Aytən Qəşəm qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlara üzün əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub.