“Yunayted Kredit Bank” Mərkəzi Bankın iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib

Hadisə
  • 26 mart, 2016
  • 12:46
“Yunayted Kredit Bank” Mərkəzi Bankın iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı. 26 mart. REPORT.AZ/ “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Mərkəzi Bankının (AMB) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.

İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin edilib.

44 filmi