Yol polisindən "Formula 1"lə bağlı daha bir açıqlama

Yol polisindən "Formula 1"lə bağlı daha bir açıqlama Dövlət Yol Polisi əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl edilməsini bir daha tövsiyə edirik.
Hadisə
31 May , 2021 18:27
Yol polisindən Formula 1lə bağlı daha bir açıqlama
Araz Əsgərli

"Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri, onların hərəkətlərini tənzimləyən fiziki və hüquqi şəxslərdən paytaxtın mərkəz istiqamətinə səfərlərini məhdudlaşdırmağı, şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edən vətəndaşlarımızın isə paytaxtın mərkəzi küçə və prospektlərində parklama imkanlarının azaldığını nəzərə alıb ictimai nəqliyyata üstünlük vermələrini, xüsusilə bu dövrdə dayanma və durma qaydalarına əməl etmələrini, sürücülərdən Dövlət Yol Polisi əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl edilməsini bir daha tövsiyə edirik”.

“Report” xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar vətəndaşlara müraciət edərkən bildirib.

Son xəbərlər

Orphus sistemi