Yuxarı

Yol polisi Bakıdakı xanım sürücülərə müraciət edib

BŞDYPİ 16 xanım sürücünü axtarır

BŞDYPİ 16 xanım sürücünü axtarır

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) xanım sürücülərə müraciət edib. BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov "Report"a açıqlamasında son bir həftə ərzində keçirilən reydlər zamanı 16 xanım sürücünün yol polisinin qanuni saxlama işarəsinə riayət etməyərək tabesizlik göstərdiyini bildirib: "Sükan arxasında olan hər kəs qanuna riayət etməlidir. Tərtib edilmiş inzibati protokolları təhlil etdikdə xanım sürücülərin də məsuliyyətə cəlb olunması hallarını görürük. Müqayisə etsək, təhlükəsizlik kəmərindən xanımlar daha çox istifadə edir, nəinki kişi sürücülər. Ancaq sükan arxasında mobil telefonla daha çox danışmaq və yaxud diqqəti yayındıra biləcək digər əməllərin edilməsi xanım sürücülərə daha çox xas olan xüsusiyyətdir. Polisin qanuni tələblərinin yerinə yetirilməməsi tez-tez müşahidə edilir. Son bir həftə ərzində əməkdaşlarımızın tərtib etdiyi raportlara nəzər saldıqda, 16 xanım sürücünün dislokasiya üzrə təhkim olunan ərazidə xidmət apararkən, yol polisinin "saxla" işarəsinə əhəmiyyət verməməsinin şahidi oluruq. Hər halda, həmin sürücülər də aşkar edilib məsuliyyətə cəlb olunacaq. Mənə verdiyiniz fürsətdən bir daha istifadə edərək xanım sürücülərə müraciət etmək istəyirəm ki, sükan arxasında olan zaman siz xanım yox, sürücüsünüz və yol polisinin bütün göstərişlərinə düzgün riayət etməlisiniz". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi