Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlaxda yük maşını aşıb, xəsarət alan var Yevlax. 23 iyun. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 İyun , 2018 21:29
Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlax. 23 iyun. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi