Yuxarı
    Bağlamaq

    Yevlaxda yük avtomobili ilə mikroavtobus toqquşub: 5 sərnişin xəsarət alıb - FOTO

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 3 fevral. REPORT.AZ/ Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Yevlax-Bərdə magistiral avtomobil yolunun Yevlaxın Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. "QAZel" markalı mikroavtobusla "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə mikroavtobusda olan 5 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi