Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 21 mart, 2020
  • 16:41
Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı hər iki avtomobilin sürcüsü və avtomobillərdən birində olan iki nəfər qadın sərnişinlər - 1967-ci il təvəllüdlü Minayə Yaqub qızı Babayeva və 1961-ci il təvəllüdlü Ətrabə Məmmədhüseynova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.


*** 19:35

Yevlaxda xəsarətlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında qeydə alınıb. 

"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Yaralılar "təcili yardım" avtomobilləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.