Yuxarı

Yevlaxda yanacaqdaşıyan maşın aşıb, 2 nəfər xəsarət alıb

Yevlaxda yanacaqdaşıyan maşın aşıb, 2 nəfər xəsarət alıb
Yük maşını yolun kənarına yuvarlanıb

Yevlax. 9 iyul. REPORT.AZ/ Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

Xaldan–Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Yaralıların Şərur rayonundan olduqları bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi