Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub - FOTO

Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub - FOTO Qəza minik avtomobili dəmir yolu xəttini keçmək istədiyi zaman olub
Hadisə
25 May , 2018 01:03
Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub - FOTO
Report

Yevlax. 25 may. REPORT.AZ/ Yevlax rayonunda avtomobil və teplovozun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Salahlı kəndində, teplovoz gələn zaman minik avtomobilinin dəmir yolu xəttini keçmək istədiyi zaman olub.

Nəticədə teplovoz yolun mühafizə olunmayan hissəsindəki keçiddə 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın yararsız vəziyyətə düşüb, həmçinin teplovoza da xeyli ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi