Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Oktyabr , 2017 20:44
Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bakı. 4 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Salahlı və Hürüuşağı kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21012" markalı avtomobil traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin, 38 yaşlı Flora Zakir qızı Məmmədova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü və digər iki azyaşlı uşaq isə yüngül bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi