Yevlaxda motosiklet qəzaya düşdü, xəsarət alan var

Hadisə
  • 21 aprel, 2020
  • 16:11
Yevlaxda motosiklet qəzaya düşdü, xəsarət alan var

Yevlax rayonunun Səmədabad kəndində hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nəticədə sürücü, 1985-ci il təvəllüdlü Rauf Məmmədov xəsarət alıb.

O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.