Yevlaxda avtoqəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə
  • 03 aprel, 2023
  • 19:01
Yevlaxda avtoqəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində dünyasını dəyişən şəxs "VAZ" markalı avtomobilin sürücüsü Bəhram Muradovdur.

Faktla bağlı araşdırma aparılır.

14:22

Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" markalı minik avtomobili ilə digər avtomobil toqquşub.

Nəticədə "VAZ-21015"in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.