Yevlaxda mikroavtobusun vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda mikroavtobusun vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 İyul , 2021 10:22
Yevlaxda mikroavtobusun vurduğu piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, dünyasını dəyişən piyada Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Mussavi Xaqani oğlu Şadmanovdur.

Qeyd edək ki, hadisə Yevlax rayon Aran qəsəbəsində qeydə alınıb. İçərisində sərnişinlər olan "Mercedes" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.

06.39

Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Aran qəsəbəsində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçən kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi