Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunun Qoyunbinəsi kəndinin ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
22 Oktyabr , 2019 18:00
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunun Qoyunbinəsi kəndinin ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə,  Bərdə rayon sakini Məmmədov Nurəddin və 1974-cü il təvəllüdlü Abbasov Şahverdi xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 16:59

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin aşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi