Yevlaxda avtomobil aşıb, 1 nəfər ağır yaralanıb

Yevlaxda avtomobil aşıb, 1 nəfər ağır yaralanıb Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 İyul , 2019 00:57
Yevlaxda avtomobil aşıb, 1 nəfər ağır yaralanıb

Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “KİA Ceranto” markalı avtomobil dərəyə aşıb. 

Qəzada yaralanan sürücü Yevlax sakini, 1994-cu il təvəllüdlü Aruz Ələkbərov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hazırda A. Ələkbərov reanimasiya şöbəsində müalicəsini davam etdirir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi