Yevlaxda 43 yaşlı kişi bıçaqlanıb

Yevlaxda 43 yaşlı kişi bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2017 20:53
Yevlaxda 43 yaşlı kişi bıçaqlanıb

Yevlax. 8 dekabr. REPORT.AZ/ Yevlax rayonunda 43 yaşlı kişi bıçaqlanıb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü rayon sakini Fərəc Azay oğlu Hacıyev münaqişə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi