Yevlaxda 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Yevlaxda 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Yevlax. 20 yanvar. REPORT.AZ/ Yevlax rayonunda elektrik cərayını vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.
Hadisə
20 Yanvar , 2018 18:04
Yevlaxda 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Yevlax. 20 yanvar. REPORT.AZ/ Yevlax rayonunda elektrik cərayını vurması nəticəsində dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Tanrıqullar kənd sakini, 1986-cı il təvəllüdlü Elton Bəhram oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisəyə elektrik naqili ilə ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


***17:48

Yevlax. 20 yanvar. REPORT.AZ/ Yevlax rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

Belə ki, kənd sakini şəxsi təsərrüatında işləyərəkən onu elektrik cərəyanı vurub. Dəthal hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Məlum olub ki, elektrik cərəyanı vuran şəxs hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi