Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var - FOTO - YENİLƏNİB

Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var - FOTO - YENİLƏNİB Qəzada xəsarər alanlardan ikisinin kimliyi məlum olub
Hadisə
25 Noyabr , 2017 20:31
Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var - FOTO - YENİLƏNİB

Yevlax. 25 noyabr. REPORT.AZ/ Yevlax-Bərdə yolunda baş vermiş avtomobil qəzasında xəsarər alanlardan ikisinin kimliyi məlum olub. 

 "Report"un Qərb bürosunun məlumatına görə, onlar "Mercedes" markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Əkbər oğlu və motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Alim Novruz oğludur. 

İlkin məlumata əsasən, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını motosikletə, daha sonra isə "Mercedes" markalı iki avtomobilə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili ərazidə tərk edərək, hadisə yerindən yaralı halda uzaqlaşıb.


***18:31

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır. 

Yaralılar xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi