“Yeddi gözəl” yaşayış kompleksində 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

“Yeddi gözəl” yaşayış kompleksində 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.
Hadisə
25 May , 2019 10:03
“Yeddi gözəl” yaşayış kompleksində 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

“Report”un məlumatına görə, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.

Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi