Yazıçı Fərman Kərimzadənin qızı qardaşının məhkəməsində ifadə verəcək

Yazıçı Fərman Kərimzadənin qızı qardaşının məhkəməsində ifadə verəcək Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib
Hadisə
26 Oktyabr , 2016 11:39
Yazıçı Fərman Kərimzadənin qızı qardaşının məhkəməsində ifadə verəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.

Hakim bildirib ki, şahidlər İlkin Mehdiyev məhkəməyə zəng edib, xəstə olduğunu deyib: "Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə də məhkəməyə gələ bimədiyi üçün proses təxirə salınmalıdır. İkin Mehdiyev işdə ən önəmli şahidlərdən biridir".

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Son xəbərlər

Orphus sistemi