Yasamalda yaşlı kişini maşın vuraraq öldürüb

Yasamalda yaşlı kişini maşın vuraraq öldürüb Hadisəni "Kia" markalı avtomobilin sürücüsü törədib
Hadisə
6 Fevral , 2018 01:59
Yasamalda yaşlı kişini maşın vuraraq öldürüb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanı maşın vuraraq öldürüb.

“Report” xəbər verir ki, qəza 1939-cu il təvəllüdlü Poladov Mehdiqulu yolu keçərkən baş verib.

Hadisəni "Kia" markalı avtomobilin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi