FHN: "Yasamalda yaşayış binasındakı yanğın söndürülüb"

FHN: "Yasamalda yaşayış binasındakı yanğın söndürülüb" Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.
Hadisə
431
13 Oktyabr , 2021 20:38
FHN: Yasamalda yaşayış binasındakı yanğın söndürülüb
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

20:25

Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.

Bu barədə "Report"a hadisə şahidləri məlumat verib.

Bildirilir ki, yanğın Yasamal yaşayış kompleksində qeydə alınıb.

Yanğına səbəb elektrik xətlərinin alışması göstərilir.

Son xəbərlər

Orphus sistemi