Yasamalda piyadanı avtomobil vurub

Hadisə
  • 14 yanvar, 2023
  • 00:18
Yasamalda piyadanı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Hüseynov Orxan Mehman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.